1 günə girovsuz və zaminsiz sürətli kredit

Biznesinin inkişafı və böyüməsinin qeydinə qalan hər bir işəgötürən sayından asılı olmayaraq, işçilərinin iş şəraitini ən azı qaneedici səviyyədə təmin etməyə çalışır. Məhz belə işəgötürənlər üçün müntəzəm olaraq öz-özünə verib, cavablandırmalı olduğu 8 sualı və onun cavabını təqdim edirik. Qoyulan suala aşağıdakı və onlara yaxın cavabları olan işəgötürən biznesinin inkişafı ilə yanaşı, yalnız hazırkı deyil, əvvəlki işçiləri tərəfindən də xoş xatirələrlə anılır. Özünü bu sual-cavabda görməyənlər isə tam əksinə nail olanlardır:

Məni sevirlərmi?

-İstəyirəm ki, işçilərim məni sevsinlər. Yoxsa onlara qəzəblənəndə məni “qəddar daş” adlandırmaqda haqlı olacaqlar. Bu barədə düşünmək belə məni incidir. Daha pisi odur ki, işçilərim mənim “övladım”, demək, həm də davamım olan biznesim barədə də belə düşünə bilərlər.

Mən məcburammı?

-Mən hər şeyə qadir deyiləm. Lakin işçilərlə əmək müqaviləsi imzalayarkən nəzərə alıram ki, bu insanların professional uğurlarıma aparan yolda mənimlə yoldaş olacaqlar. Mən onlara minnətdar olmalı və onlar qarşısında daxilən hiss etdiyim borcumu ödəmək üçün hər birinin özünəməxsus xüsusiyyətlərini görməliyəm.

Məndən qorxurlarmı?

-Mən həmişə şən olacam. Çünki əməkdaşlarımın məni görən zaman özlərini itirmiş və alçaldılmış hiss edərək səslərini azaltmalarını istəmirəm. Axı mən həddindən artıq sərt ab-havada işləyib, bir dəqiqə rahat nəfəs almağın mümkün olmamağının işlərin çox pis getməyə başlamasından xəbər verdiyini unutmuram.

Mən “ağlayırammı”?

-Bəli, mən biznesimin böyüməsini istəyirəm. İstəyirəm ki, öz sahəmdə və  regionumda özünü tam təmin edən sahibkar olum. Bəli, mən istərdim ki, həmişə işçilərin bacarıqlarını layiqli mükafatla qiymətləndirə bilim. Lakin mən mümkün olandan artıq heç nə edə bilmərəm. Əks halda, bundan yalnız mən deyil, bütün biznes zərər çəkəcək, istehsalın investisiya mühiti pozulacaq, inkişaf üçün götürülən kreditlərin ödənişi ləngiyəcək. Bu isə o deməkdir ki,  həm də mənim biznesimə xidmət göstərən işçilərim də ciddi çətinliklərlə üzləşəcəklər.

Mən daimiyəmmi?

-Mən həmişə biznesimin daimi olmasını istəyirəm. Axı mən onu başqa ələ ötürmək üçün yaratmamışam. Lakin iş mühitində belə faktlara heç də az rast gəlinmir. Buna görə də həmişə daxilən ona hazır olmaq lazım gəlir, çünki uğursuzluq da biznesin tərkib hissəsidir. Hər dəfə uğursuzluq olanda, mən işdən azad olunmağa dair hər ərizəni ağrı ilə qarşılayıram.

Mən bilirəmmi?

Əlbəttə, heç kimə uzunmüddətli və rutin sifarişləri icra etmək xoş gəlmir. Onlar öz mənasızlığı ilə bizi üzür. Lakin olur ki, ən sərfəli qazanc yaradıcılıqdan əsər belə olmayan həmin iş sayəsində əldə edilir. Bəzənsə elə an gəlir ki, belə iş qaranlıq biznes mühitinin boğucu atmosferindən qurtulmaq üçün bir nəfəslik oksigen kimi qazanc əldə etməyin tək yolu olur. Belə anlara nifrət edirəm, lakin həqiqəti də bilməyə borcluyam.

Mən cəzalandırırammı?

-Əgər kimsə işinin öhdəsindən gələ bilmirsə, mən bunu mütləq görürəm. Lakin bu, cəzalandırmaq üçün səbəb və tələsik nəticələr çıxarmaq üçün əsas deyil. Çünki çox tez-tez belə halların səbəbləri mənim görmədiyim dərinliklərdə, adətən, şəxsi həyatda olur. Ona görə də mən belə hallarda intizam tənbehi üçün tələsmirəm, müəyyən vaxtın keçməsini gözləyirəm. Bu, demək olar ki, həmişə ədalətli olur və yaxşı da işləyir.

Mən yanılırammı?

-Şirkət – onun bütövlüyü və təhlükəsizliyi məsələlərində sahibi üçün “İsveç stolu”dur. Mən satış, xərclər, obyektlər, əməkdaşlar, həmçinin tədarükçülər və müştərilərə görə daim narahatlıq keçirirəm. Bunun üzündən hərdən şəraiti dəqiq qiymətləndirməyə vaxt tapmıram, çılğın, gərgin və qıcığa həssas oluram. Bu zaman köməkçilərimə qabaqcadan xəbərdarlıq edib, heç olmasa bu yolla onlarda özümə qarşı həssas rəhbər inamı yaratmağa, eyni zamanda mənim onlara olan inam və hörmətimi çatdırmağa çalışıram.