Filtr funksiyasından bütün excel istifadəçiləri istifadə edir. Mən sizə bununla bağlı maraqlı bir texnika göstərmək istəyirəm.
Filtr əməliyyatını sürətləndirmək üçün bu funksiyanı sürətli panelə əlavə etmək lazımdır:

filtr filter funksiyası

Bundan sonra cədvəldə filtr edilməsi tələb olunan istənilən xananın üzərinə gələrək sürətli paneldə bu düyməni sıxırıq:

filtr düyməsi

Burada cəm almaq üçün digər maraqlı bir texnika tətbiq etmək olar. Bunun üçün əməliyyatı tətbiq etdikdən sonra cədvəlin altında istənilən boş xananın üzərinə gəlin və autosum düyməsini sıxın:

filtr autosum

Həmin cədvəlin birinci sətrində iki boş sətir əlavə edin və alınmış cəmi cut edərək yeni sətirə əlavə edən:

filtr excel

Nəticədə istənilən sətir məlumatının üzərinə gələrək sürətli panel tablosundan filtr düyməsini sıxaraq görünən sətirlərin cəmini ala bilərik:

filtr cəm

Digər excel texnikalarını müəllif Zaur İsmayılovun telegram kanalı vasitəsilə də öyrənə bilərsiniz.


Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.