ƏDVƏlavə dəyər vergisi (ƏDV) – dünyada ən gənc vergilərdən biridir. Onun geniş tətbiqinə yalnız ötən əsrin 60-cı illərində başlanılıb. Onun kök saldığı yerdə hakimiyyət, bir qayda olaraq, dövlət büdcəsinin gəlirli hissəsini onsuz təsəvvür etmir və ƏDV-nin bir zərurət və büdcədən ötrü faydası olduğundan əmindirlər. Lakin ABŞ və Yaponiyada bu vergi olmadan da əla keçinə bilirlər. Deyirlər ki, prezidentliyi dövründə Bill Klinton bir dəfə ƏDV-nin tətbiqi məsələsini qaldırmağa risk edib. Amma, dərhal cavabında soyuqqanlılıqla qarşılığını alıb: Amerikalı iqtisadçılar ona bildiriblər ki, ƏDV-nin fəaliyyət göstərdiyi ölkələrdə vergi yükü, ümumilikdə bu verginin tətbiq edilmədiyi dövlətlərin analoji göstəricisindən təxminən 40% çoxdur. Ola bilsin ki, məhz, bu səbəbdən Rusiyada ƏDV-nin satış vergisi ilə əvəz edilməsinin tərəfdarları var.

İlk “qaranquş”

İlk dəfə olaraq, ƏDV-nin universal dolayı vergi kimi tutulmasının mümkünlüyü barədə Birinci dünya müharibəsi başa çatdıqdan dərhal sonra Almaniyada danışmağa başlayıblar. Bununla bağlı danışıqların təşəbbüskarı kimi həmin dövrdə artıq nəhəng transmilli korporasiyaya çevrilməyə nail olan “Siemens” şirkətinin rəhbəri Vilhelm fon Simens çıxış edirdi. 1919-cu ilə qədər bu sənaye qrupu xaricdəki mülkiyyətinin böyük hissəsini itirmişdi. Xaricdə demək olar ki, bütün patent hüquqlarını əldən vermişdi və bütövlükdə öz kapitalının, demək olar ki, yarısına qədər ciddi maliyyə itkisi ilə üzləşmişdi. Almaniyanın digər müəssisələri də yaxşı vəziyyətdə deyildi – belə ki, ölkə böyük müharibəni uduzmuşdu və o cümlədən iqtisadi cəhətdən qaliblərdən asılı vəziyyətə düşmüşdü.


Daha ətraflı oxumaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznes hesabi