Varlı ölkələr təkcə öz iqtisadiyyatlarının tam inkişafını təmin etmirlər, onlar inkişaf etməkdə olan ölkələrin və öz qonşularının iqtisadiyyatını da stimullaşdırırlar. Ölkə nə qədər varlıdırsa, öz təsir dairəsini də bir o qədər genişləndirməyə səy göstərir. Adambaşına düşən ÜDM-nin ölçüsünə görə dünyanın on beş ən varlı ölkəsini diqqətinizə çatdırırıq.
Beləliklə, 15 ən varlı ölkə:
15–ci yer İslandiya
Adambaşına ÜDM: 52 150 ABŞ dolları.
İslandiya Şimali Avropanın qərbində yerləşən ada dövlətdir. İslandiya hökuməti aliminium zavodları inşası ilə bağlı geniş miqyaslı proqram elan edib. Ölkədə biotexnologiya, turizm, bank biznesi, informasiya texnologiyası aktiv inkişaf etməkdədir.
İslandiya sənayecə inkişaf etmiş ölkədir: kənd təsərrüfatında 7,8%, sənayedə 22,6%, xidmət sahəsində isə 69,6% əmək qabiliyyətli əhali məşğuldur. Turizm ölkənin ÜDM-ni inkişafında başlıca rol oynayır.
14–cü yer. Niderland.
Adambaşına düşən ÜDM: 53 580 dollar
Niderland iqtisadi cəhətdən yüksək inkişaf etmiş bir ölkədir. ÜDM-nin 73% xidmət sahəsinə, 24,5% sənaye və tikinti, 2,5% isə kənd təsərrüfatı və balıqçılığın payına düşür.
13–cü yer. Səudiyyə Ərəbistanı
Adambaşına düşən ÜDM: 55 260 dollar
Səudiyyə Ərəbistanı nəhəng neft ehtiyatlarına malik başlıca OPEK ölkəsidir. Neft ixracı ölkə ixracının 95 faizini, gəlirlərinin isə 75 faizini təşkil edir.
12–ci yer. ABŞ
Adambaşına düşən ÜDM: 59 500 dollar
Amerika Birləşmiş Ştatları yüksək inkişaf etmiş ölkədir, dünyanın ən nəhəng iqtisadiyyatına malik bir dövlətdir.
Ölkə sakinləri dünya əhalisinin cəmi 4,3% təşkil etsə də, məcmu dünya sərvətinin 40 faizi amerikanlara məxsusdur.
ABŞ bir sıra sosial-iqtisadi göstəricilərə görə, o cümlədən orta aylıq əməkhaqqı və əmək məhsuldarlığına görə dünyada qabaqcıl yerlərdən birini tutur.
11–ci yer. San–Marino
Adambaşına düşən ÜDM: 60 360 dollar
San-Marino dünyanın ən kiçik ölkələrindən biridir. Cənubi Avropada yerləşir və hər tərəfdən İtaliya ilə əhatə olunub.
Turizm bu ölkənin iqtisadiyyatında əhəmiyyətli rol oynayır, hər il bu cırtdan ölkəyə 3 milyondan çox turist gəlir.
10–cu yer. Honkonq
Adambaşına düşən ÜDM: 61 020 dollar
1999-cu ildən yenidən ÇXR ərazisi hesab olunsa da, öz iqtisadi müstəqilliyini daha 50 il ərzində qorunub saxlanılması ilə bağlı Çinlə müqaviləsi var. Honkonq ofşor zona olmasa da, azad liman hesab olunur və burada idxala görə gömrük rüsumları tutulmur və eləcə də ƏDV də yoxdur.
Honkonq – mühüm beynəlxalq maliyyə və ticarət mərkəzidir. O, ÇXR-in ən varlı şəhəri hesab olunur.
9–cu yer. İsveçrə
Adambaşına düşən ÜDM: 61 360 dollar
İsveçrə iqtisadiyyatı dünyanın ən stabil iqtisadiyyatlarından biridir. Aparılan uzunmüddətli monetar təminat və bank sirlərinin qorunması siyasəti İsveçrəni investorlar üçün təhlükəsiz bir məkana çevirib. Amma, bu siyasət həm də ölkəni xarici sərmayə axınından bir növ asılı vəziyyətə salıb.
Kiçik ərazi və əməyin yüksək ixtisaslaşması İsveçrənin iqtisadi resurslarından ötrü açar vasitələrə çevrilib. İsveçrə dünyada çıxarılan qızıl hasilatının üçdə ikisinin emal olunduğu bir ölkədir. Bu ölkədə ticarət və sənaye yüksək inkişaf edib.
8–ci yer. BƏƏ
Adambaşına düşən ÜDM: 68 250 dollar
Birləşmiş Ərəb əmirliklərinin iqtisadiyyatını ticarət, xam neft və qaz hasilatı və ixracı təşkil edir. Neft hasilatı gün ərzində təxminən 2,2 milyon barrelə yaxındır.
Neft bir neçə onillik ərzində BƏƏ iqtisadiyyatının yüksək templə inkişafını təmin edə bilib, bununla yanaşı ölkə iqtisadiyyatın digər sahələri də yüksək sürətlə inkişaf edib, xüsusilə də ticarət sahəsi. Hazırda Dubay dünyanın ən nəhəng ticarət xablarından biri hesab olunur.
7–ci yer. Küveyt
Adambaşına düşən ÜDM: 69 670 dollar
Küveyt Cənubi-qərbi Asiyada yerləşir. Əhəmiyyətli neft ixracatçısıdır, OPEK üzvüdür.
Yerli mütəxəssislərin araşdırmalarına görə Küveyt ən nəhəng neft yataqlarına – 102 milyard barrelə yaxın, yəni, dünya neft ehtiyatlarının 9% malikdir.
Küveytin ÜDM-nin 50 faizini neft təmin edir.
6–cı yer. Norveç
Norveç – Şimali Avropada ən böyük neft və qaz istehsalçısıdır. Su elektrik stansiyaları ölkənin enerjiyə tələbatının əhəmiyyətli hissəsini təmin etdiyindən, Norveçə çıxarılan neft və qazın böyük hissəsini ixrac etməyə imkan verir.
Neft fondları gələcək nəsillərin inkişafına xidmət edir. Ölkə ərazisində əhəmiyyətli minerallar ehtiyatları, böyük ticarət donanması var.
5–ci yer. İrlandiya
Adambaşına düşən ÜDM: 72 630 dollar
İrlandiya iqtisadiyyatı müasir, lakin elə də böyük olmayan, ticarətdən asılı olan iqtisadiyyatdır.
Baxmayaraq ki, İrlandiyanın iqtisadi yüksəlişinin başlıca mühərriki ixracdır, istehlak xərcləri və inşaatın bərpası, eləcə də işgüzar sərmayələr də iqtisadi yüksəlişə təkan verir.
4–cü yer. Bruney
Adambaşına düşən ÜDM: 76 740 dollar
Bruney – dünyanın ən varlı və təmin olunmuş dövlətlərindən biridir. Əhalisinin və sultanın sərvətinin həcminə görə bu ölkəni “islam Disneylendi” də adlandırırlar.
Ölkə iqtisadiyyatının əsasını neft hasilatı və emalı (il ərzində 10 milyon tondan çox) və təbii qaz (12 milyard kub metrdən çox) təşkil edir, həmin sərvətlərin ixracı valyuta daxilolmalarının 90 faizini təşkil edir.
3–cü yer. Sinqapur
Adambaşına düşən ÜDM: 90 530 dollar
Sinqapur – bazar iqtisadiyyatına və aşağı tarifli vergilərə əsaslanan yüksək inkişaf etmiş ölkədir, hansı ki, burada transmilli şirkətlər əhəmiyyətli rol oynayır.
Sinqapur aşağı vergi tarifləri investorlar üçün çox cəlbedici ölkədir. Ölkədə elektronika, gəmiqayırma sənayesi, maliyyə xidmətləri sektoru çox inkişaf edib. Biotexnologiya sahəsində geniş miqyaslı tədqiqatlar aparılır.
2–ci yer. Lüksemburq
Adambaşına düşən ÜDM: 109 190 dollar ab olunur.
Avropa Birliyinin bir çox təşkilatları Lüksemburq şəhərində yerləşir.
Əlverişli şərait və ofşor zona sayəsində Lüksemburq şəhərində minə yaxın investisiya fondları və 200-dən çox banklar yerləşir ki, bu, dünyanın istənilən yerindəkindən çoxdur.
1–ci yer. Qətər
Adambaşına düşən ÜDM: 124 930 dollar
Qətər – BVF-nin məlumatına görə dünyanın ən varlı ölkələrindən biridir. Bu ölkə artıq bir neçə ildir ki, adambaşına düşən ÜDM göstəricisinə görə dünyada liderlik edir.
Təbii qaz ehtiyatlarına görə Qətər dünyada üçüncü, təbii qaz ixracına görə 6-cı və neft və neft məhsulları ixracına görə 21-ci yeri tutur.