» » » Dövlət Gömrük Komitəsi açıqlama verib

Dövlət Gömrük Komitəsi açıqlama verib

posted in: Xəbər | 0

Dövlət Gömrük KomitəsiDövlət Gömrük Komitəsi malların rəsmiləşdirilməsi barədə açıqlama verib

Son illər gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri şəffaflığın, maliyyə intizamının təmin olunması, əlverişli biznes mühitinin yaradılması hesabına qanuni ticarətin inkişaf etdirilməsidir. Dövlət Gömrük Komitəsinin açıqlamasında qeyd edilib ki, bu istiqamətdə informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovativ layihələr həyata keçirilib. Vətəndaş-məmur təmasının minimuma endirilməsi üçün mühüm addımlar atılıb:

“Görülən işlərin əsas hədəfi xarici ticarətin qanunvericiliyə uyğun olaraq asan və sürətli şəkildə həyata keçirilməsidir. Bu məqsədlə daşıyıcı şirkətlər, sahibkarlar, gömrük təmsilçiləri ilə dəfələrlə görüşlər keçirilib, həmin görüşlərdə ticarətin qanuni yollarla həyata keçirilməsi, malların real dəyər əsasında tərtib olunmuş orijinal invoyslarla bəyan edilməsi, gömrük rəsmiləşdirilməsinin sahibkar və ya onun qanuni təmsilçisi tərəfindən aparılması mövzuları müzakirə olunub”.

Komitədən bildirilib ki, ölkəmizin gömrük orqanları xarici ticarət iştirakçılarına münasibətdə kimliyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər kəsə eyni mövqedən yanaşır. Başlıca meyar qanunvericiliyə əməl edilməsi, qanuni ticarətin inkişafıdır. Bununla yanaşı, idxal-ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanlarının birgə fəaliyyəti rəsmiləşdirmə prosesinin daha dəqiq həyata keçirilməsini təmin edir.

Qeyd olunub ki, kütləvi informasiya vasitələrində yayımlanan açıqlamalarda, sahibkarlar və onları təmsil edən qurumlarla keçirilən görüşlərdə dəfələrlə xarici ticarətlə məşğul olan şəxslərə mallarını karqo şirkətlərinin müdaxiləsi olmadan müstəqil və ya gömrük təmsilçiləri vasitəsilə bəyan etmək tövsiyə edilib.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.