» » » Bank of Baku’da təcrübə proqramı

Bank of Baku’da təcrübə proqramı

posted in: Bank, İş elanı, Xəbər | 0

Bank of Baku böyük məmnuniyyət hissi ilə 2018-ci il üzrə Təcrübə Proqramını açıq elan edir!

Aşağıda göstərilən istiqamətlər üzrə təhsil alan və ya məzun olmuş və gələcəkdə bu istiqamətlərdən hər hansı biri üzrə karyera qurmaq niyyətində olan şəxslər proqrama müraciət edə bilərlər:

  • Müştərilərə xidmət və kredit əməliyyatları;
  • Məlumat mərkəzi və kommunikasiya;
  • Biznesin inkişafı, partnyorluq və layihələr;
  • İstehlakçılarla işin təşkili;

Kimlər müraciət edə bilər?

  • Ali məktəbi bu il bitirən, hal-hazırda magistraturada təhsil alan və ya məzun olmuş şəxslər;
  • Azərbaycan dili üzrə əla yazılı və şifahi ünsiyyəti bacarığı olanlar (Rus dili arzuolunandır);
  • MS Office proqramları ilə işləmək bacarığı olanlar;
  • Karyerasını bank sektorunda qurmaq üçün yüksək motivasiyası olan gənclər;
  • Öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan şəxslər.

Təcrübə proqramının şərtləri

  • Müddət: 1-3 ay
  • Təcrübə vaxtı: 5 iş günü, 09.00-18.00
  • Təcrübə yeri: Baş Ofis və filiallar
  • Müraciət üçün son tarix: 28/02/2018

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu (subject) hissəsində Təcrübə proqramı sözünü qeyd etməyi unutmayın! Əks halda namizədləyiniz bu sahələr üzrə dəyərləndirilməyəcəkdir. Yalnız ilkin seçimdən keçmiş şəxslərlə əlaqə saxlanılacaqdır.

Mənbə: bankofbaku.com

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
[email protected]

Leave a Reply

Your email address will not be published.