» » » Amortizasiya cədvəli və DB funksiyası – azalan qalıq metodu

Amortizasiya cədvəli və DB funksiyası – azalan qalıq metodu

posted in: Excel, Xəbər | 0
birbank biznes

Amortizasiya cədvəli DB funksiyası azalan qalıq metodu Amortizasiya cədvəli və DB funksiyası – azalan qalıq metodu.


Amortizasiyanın nə olduğu və mahiyyəti haqqında bir öncəki yazıda müəyyən açıqlamalar vermiş və amortizasiya üsullarından ən geniş yayılmış olan düz-xətt metodunu müzakirə etmişdik. Bu dəfəki yazıda isə, amortizasiya üsullarından ikincisi olan azalan qalıq metodu haqqında danışacağıq.

Hər şeydən əvvəl, bu iki metodunun bir-birindən köklü şəkildə fərqləndiyini vurğulamaq istərdim. Düz-xətt metodu ilə amortizasiya ayırmaları hər il eyni məbləğdə idisə, azalan qalıq metodunda bu, tamamilə fərqlidir. Belə ki, azalan qalıq metodunda

  1. Sabit amortizasiya dərəcəsi müəyyən edilir
  2. Bu dərəcə hər il aktivin qalıq dəyərinə vurularaq illik amortizasiya məbləği müəyyən edilir.

Gəlin, misallar üzərindən davam edək.

Qarşımızda duran ən əsas məsələ sabit amortizasiya dərəcəsinin müəyyən edilməsidir. Xoşbəxtlikdən, qəliz də olsa, əlimizdə hazır düsturumuz var.

Amortizasiya dərəcəsi = 1 – ((Residual value / Asset value)^(1 / useful life))

Bu düsturu Exceldə aşağıdakı kimi yaza bilərik.

Residual Balance - 1

Bu misalımızda da Düz-xətt metodunda istifadə etdiyimiz rəqəmlərdən istifadə edəcəyik. Yuxarıdakı düsturun nəticəsinin 0,206 olduğunu görürük, yəni hər il aktivimizin qalıq dəyərini 20,6% ilə amortizasiya edəcəyik. Artıq, bunu hesablamalarımızda istifadə etməyə başlaya bilərik.

Residual Balance - 2

Yuxarıdakı screenshot-dakı cədvəl artıq tam olaraq hazırdır və hər bir sütunun nə mənaya gəldiyinə baxaq.

Depreciation - 3

Sabit amortizasiya dərəcəmizi hər il aktivin ilin əvvəlinə olan qalıq dəyərinə vurur, və nəticəni ondan çıxaraq ilin sonuna olan qalıq dəyərini tapmış oluruq.

Tamamilə eyni əməliyyatı Excel-in özündə olan DB funksiyası (Declining Balance) ilə də edə bilərik. Bunun üçün əlavə olaraq sabit amortizasiya dərəcəsini hesablamağa ehtiyac olmayacaq.

DB funksiyası ilə amortizasiya cədvəlimizi tərtib etməyə çalışaq.

Declining Balance - 3

Gördüyümüz kimi, funksiya 5 hissədən ibarətdir:

  • Cost = Asset value
  • Salvage = Residual value
  • Life = Useful life
  • Period = Amortizasiyanın aid olduğu ili göstəririk. Bunun üçün həmin ili göstərən xanaya (E3) istinad etməmiz kifayət edəcəkdir.
  • Month = İl ərzində amortizasiyanın hesablanacağı ayların sayını seçirik. Bu hissə istəyə bağlı olaraq seçilməyə bilər. Əgər heç bir şey seçilməyib boş buraxılsa, Excel bunu avtomatik 12 ay kimi diqqətə alacaqdır.

Daha öncə özümüz hesabladığımız cədvəllə bu cədvəlin demək olar ki, tam olaraq üst-üstə düşdüyünü görürük. Aradakı cüzi fərqlər yuvarlaqlaşdırmadan qaynaqlanır.

Çox vacib bir məqamı da vurğulamaq istərdim. Azərbaycan Respublikası Vergilər Məcəlləsinə əsasən, amortizasiya ancaq azalan qalıq metodu ilə hesablanmalıdır.

Bundan əlavə, Vergilər Məcəlləsi hər bir əsas vəsait kateqoriyası üzrə maksimal amortizasiya dərəcəsini müəyyən etdiyi üçün, tək etməli olduğumuz, ilin əvvəlinə olan qalıq dəyərimizi bu dərəcəyə vurub illik amortizasiya məbləğini hesablamaq olacaqdır.

Əlavədəki faylı endirib formullar üzərində işləyə bilərsiniz.

Faylı yükləyin:  Depreciation declining balance method (482 downloads )

 

Müəllif: Elçin Xəlilov


Leave a Reply

Your email address will not be published. Required fields are marked *