» » » Almaniyada işlə bağlı maraqlı faktlar

Almaniyada işlə bağlı maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

 

  • Almaniya AvropaAlman şirkətlərində rəhbər şəxsə əksər vaxtlarda “Sən” deyə müraciət etmək ənənəsi mövcuddur. Belə hesab edilir ki, ünsiyyətin bu forması şirkət əməkdaşları arasında kommunikasiyanın, yəni, əlaqələrin daha da yaxşılaşmasına yardım edir.
  • Almaniyada qadınlar hündürdaban ayaqqabını yalnız xüsusi hallarda geyinirlər, işdə isə onlar daha rahat ayaqqabı geyinməyi üstün tuturlar.
  • Almaniyada qadınların da kişilər kimi əllə görüşməsi halı qəbul edilib.
  • Almaniyda dövlət qulluqçuları vergi ödəməkdən azad olunublar, eyni zamanda onları işdən də çıxarmaq olmaz. Hesab olunur ki, bu cür yanaşma işçiləri öz öhdəliklərini daha yaxşı yerinə yetirməyə motivasiya edir və korrupsiyaya qarşı da əla təsir göstərir.
  • İstənilən işgüzar yazışma “Mit freundlichen Grussen” frazası ilə başlayır ki, tərcüməsi belədir: “Xoş salamlarla”. Hətta cərimə və ya borcları bildirən bildirişlər də istisna deyil.
  • Məlum olduğu kimi, bu ölkədə sosial sistem yaxşı inkişaf edib. Məsələn, buna nümunə olaraq borca düşənləri misal göstərmək olar. Əgər hər hansı bir insan çətin maliyyə vəziyyətinə düşübsə, bu barədə dövlət hakimiyyət orqanlarına məlumat vermək yetərlidir. Həmin şəxsin qarşısında stabil iş yeri tapmaq kimi bir öhdəlik qoyulur, yaşaması üçün müəyyən vəsait ayrılır, maaşının bir hissəsini isə borcunu ödəmək üçün tuturlar. Hətta 10 ildən sonra ödənilməyən borclar silinir.
  • Məktəbəqədər təhsil müəssisələri Almaniyada saat 16:00-da bağlanır. Kiçik uşaqları olan almanlar üçün iş saatı erkən vaxtda başlayıb, saat 16:00-da bitir ki, onlar övladlarını uşaq bağçasından vaxtında götürə bilsinlər.  

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun