Ergada MMC 600 manat əmək haqqı ilə mühasib axtarır.
İş barədə məlumat:
– Mühasibat , vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
-Elektron portal proqramı ilə işləmək bacarığının olması;
– Vergi orqanları ilə yazışmalar;
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi;
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı;
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
– Bank əməliyyatlarının aparılması;
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək;
– İş qrafiki: 09:00-dan 18:00-dək;
– İstirahət günü: Həftədə 2 dəfə;
– İş yeri: H.Əliyev pr. 152 (Çinar Plaza).
Namizədə tələblər:
– Müvafiq sahədə ali təhsil;
– Mühasibat sahəsində təcrübə;
– Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
– Elektron hökümət portalı, İnternet Vergi İdarəsi, onlayn kargüzarlıqda işləmə bacarığı olmalı;
– 1C Mühasibat, MS Office;
– Vergi və digər hesabatların sərbəst hazırlanması;
– Bank ödəniş tapşırığlarının hazırlanması;
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran;
– Kənd təsərrüfatında təcrübə arzu olunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Mühasib” şəklində göstərilməsi xahiş edilir. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Leave a Reply