» » » Əmək, Vergi məcəllələrinə dəyişiklik müzakirə olunacaq

Əmək, Vergi məcəllələrinə dəyişiklik müzakirə olunacaq

posted in: Vergi, Xəbər | 0

məcəlləSabah, iyunun 12-də Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Sərhəd qoşunları haqqında”, “Dövlət sərhədi haqqında”, “Mülki müdafiə haqqında”, “Dövlət rüsumu haqqında”, “Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Siyasi partiyalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Təhsil haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Bədən tərbiyyəsi və idman haqqında” və s. qanunlara, o cümlədən Əmək, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar yeni hazırlanan “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” (I oxunuş), “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” (III oxunuş), “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” (II oxunuş), “Məşğulluq haqqında” (II oxunuş) qanun layihələrinə də baxacaqlar.

Bundan başqa, iclasda Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi də müzakirə olunacaq.

Qeyd edək ki, növbədənkənar sessiya müddətində ümumilikdə üç plenar iclasın keçirilməsi nəzərdə tutulur.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.